FƏALİYYƏTİMİZ

21.05.2015

Qəbələ rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşlarının iştirakı ilə 19 may 2015-ci il tarixində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir. 

20.05.2015

Məşğulluq Xidməti Orqanları tərəfindən orta ümumtəhsil məktəblərin yuxarı sinif şagirdlərinin peşə meyl və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə peşəyönümü tədbirləri keçirilir

Peşəyönümü  işinin düzgün təşkil olunması, şagirdlərin  gələcəkdə peşə və ixtisaslara  düzgün  istiqamətləndirilməsi  məqsədilə  18.05.2015-ci  il tarixdə  Şuşa  rayon  12 saylı  tam  orta məktəbdə  “Düzgün  peşə  seçimi  gələcəyimiz üçün  uğurlu  təminatdır” mövzusunda peşəyönümü  tədbiri  keçirilmişdir.

14.05.2015

Gəncə şəhərində sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən 13 may 2015-ci il tarixində  “Azərbaycan Respublikasının Məşqulluq Strategiyasının (2011-2015-ci illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu”  mövzusunda dəyirmi masa  keçirilmişdir. 

12.05.2015

Qazax rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

 06 may 2015-ci il tarixində Qazax rayon Məşğulluq Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci  illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə RİH-in nümayəndəsi, əlaqələndirmə komitəsinin üzvləri, həmkərlar təşkilatları, idarə və  müəssisə rəhbərləri  dəvət edilmişdir. 

12.05.2015

Göygöl rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

 08 may 2015-ci il tarixində Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci  illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda, sahibkarların, əlaqələndirmə komitəsinin üzvlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və RİH-nin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirilmişdir.

12.05.2015

Sosial tərəfdaşların iştirakı ilə Ağstafa və Goranboy rayonlarında dəyirmi masalar təşkil edilmişdir.

 “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda Ağstafa və Goranboy rayonlarında dəyirmi masalar təşkil olunmuşdur. Tədbirlərdə əhalinin məşğulluğu sahəsində görülmüş işlər, ölkəmizin sosial-iqtisadi inkişafı naminə qarşıya qoyulmuş vəzifələr müzakirə olunmuşdur.