FƏALİYYƏTİMİZ

17.04.2018

“Peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

      Dövlət Məşğulluq Xidməti tərəfindən  17 aprel 2018-ci il tarixdə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, eləcədə gənclərin mövcud bazar iqtisadiyyatı şəraitində şüurlu, yaradıcı əməyə hazırlanması, düzgün peşə seçiminə istiqamətləndirilməsi məqsədilə Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə və Ağdaş rayonunun Müşviq İsayev adına 1 nömrəli tam orta məktəbdə  “Peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

 

17.04.2018

Qazax və Ağstafa rayonlarının orta ümumtəhsil məktəblərində peşəyönümü məsləhətlərinə dair tədbirlər keçirilmişdir.

 Peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəssisinə də çevrilə bilər.

17.04.2018

Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

Müasir dövrdə vətəndaşların maraq və meyllərinə,qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr  ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə  mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın  bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərinin düzgün təşkili  və aparılması xüsusi əhəmiyyətə malikdir.

 

13.04.2018

Məşğulluq Xidmətinin əməkdaşları üçün “Vətəndaşların qəbulu prosesinin psixoloji modeli” mövzusunda treninq keçirilimşidir.

İşaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin olunması, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, psixoloji adaptasiyası, eləcə də onların qəbulu prosesinin müasir tələblərə uyğun şəkildə təşkili sahəsində şəhər (rayon) Məşğulluq Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və Məşğulluq Xidməti orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq əmri ilə təstiq edilmiş tədbirlər planının icrası məqsədi ilə “Vətəndaşların qəbulu prosesinin psixoloji modeli” mövzusunda peşəkar psixoloqlar cəlb olunmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Məşğulluq Mərkəzlərinin mütəxəssisləri üçün bir günlük treninq keçirilmişdir.

22.02.2018

Laçın rayon Məşğulluq Mərkəzi tərəfindən Özünüməşğulluq proqramına cəlb olunmuş bir neçə vətəndaşın fəaliyyətinə baxış keçirilmişdir.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqın güzəranının yaxşılaşdırılması məqsədilə 07 aprel 2016-cı il tarixində “Əhalinin özünüməşğulluğun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. 

29.01.2018

Məşğulluq Xidmətinin modernləşdirilməsi layihəsi çərçivəsində Litva və Avstriya Respublikalarının ekspertlərinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinə səfəri təşkil olunmuşdur.

 “Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində 2017-ci ilin noyabr ayından başayaraq Litva, Avstriya Respublikalarının və İsveç Krallığının ekspertlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə səfərləri təşkil olunur.