FƏALİYYƏTİMİZ

14.05.2018

Salyan rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

    14.05.2018-ci il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq Salyan rayon Məşğulluq Mərkəzində “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda növbəti dəyirmi masa keçirilmişdir.

12.05.2018

Nəsimi rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 11 may 2018-ci il tarixdə Nəsimi rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “İSR Plaza”da “İşsizlikdən Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda kiçik və orta sahibkarların, idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

 

11.05.2018

Zaqatala rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

   Zaqatala rayon Məşğulluq Mərkəzində Dövlət Məşğulluq Xidmətinin qrafikinə əsasən  07.05.2018-ci il tarixdə “ Sığorta ödənişi olan şəxslərin işsiz kimi qeydiyyata alınması və yenidən qeydiyyata  alınma şərtlərini və müddətlərini müəyyən edilməsi qaydaları barədə” işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçirilmişdir.

10.05.2018

Samux rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

 Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə əsasən, Məşğulluq Mərkəzi tərəfindən 07 may 2018-ci il tarixdə Samux rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçrilmişdir.

10.05.2018

Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

Goranboy  rayon  Məşğulluq  Mərkəzində Dövlət Məşğulluq Xidməti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq  08.05.2018-ci il tarixdə “İşsizlikdən siğorta haqqında  Azərbaycan  Respublikası  Qanunu”nun tətbiqi mövzusunda  “Dəyirmi Masa”  tədbiri  keçirilmişdir. Tədbir Goranboy  rayon Yeni Azərbaycan Partiyasının inzibati binasının Akt zalında keçirildi. 

08.05.2018

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

       Ə.Əmirov adına Mədəniyyət Sarayında Qaradağ rayon Məşğulluq Mərkəzi  rayonun İdman Gənclər İdarəsi ilə birgə, gənclərin peşə və ixtisas seçimini düzgün istiqamətləndirmək ücün ölkənin  təhsil oçaqlarının və peşə təlimi mərkəzlərinin mütəxəssisləri ilə rayon ərazisində fəaliyyət göstərən orta məktəblərin şagird və valideyinlərinin iştirakı ilə görüş kecirmişdir.