FƏALİYYƏTİMİZ

08.05.2018

Ağcabədi rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

04.05.2018-ci il tarixdə Azərbaycan Pedoqoji Universitetinin Ağcabədi filialının inzibati binasının akt zalında “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

08.05.2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Gənclər və İdman Nazirliyi, Əlil Təşkilatları İttifaqı və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan gənclər üçün əmək yarmarkası keçirilib.

05 may 2018-ci-ildə “Park İnn” otelində əlillər üçün əmək yarmarkası keçirilib.

Yarmarkanın keçirilməsində əsas məqsəd sosial müdafiəyə ehtiyacı olan gənc əlilərin məşğulluğunun təmin edilməsi, sosial sahənin inkişafı ilə bağlı siyasətin əsas istiqamətlərindən biri olan əlil gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığını təmin etmək və inklüziv mühitin yaradılmasıdır. İş üçün müraciət edən əlillər arasında orta təhsilli şəxslərlə yanaşı, xeyli ali təhsilli gənclər də olub.

08.05.2018

Tərtər rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

04 may 2018-ci il tarixdə Tərtər rayon Gənclər Mərkəzində “İşsizlikdən Sığorta” haqqında Azərbaycan Respublikası Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda dəyirmi masa keçirilmişdir.

04.05.2018

Binəqədi rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

 Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 03 may 2018-ci il tarixdə Binəqədi rayon Məşğulluq  Mərkəzində  “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda  “Dəyirmi masa” keçirilmişdir.  Qəbul olunmuş Qərarla əlaqədar Məşğulluq Mərkəzinin direktor müavini E.Əkbərov çıxış edərək, bildirmişdir ki, artıq 01.01.2018-ci il tarixdən işsizlik müavinəti ləğv olaraq “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minmişdir. 

04.05.2018

İmişli rayonunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilib.

  03 may 2018-ci il tarixində İmişli rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının Qanunu” barədə işəğötürənlərin məlumatlandırılması mövzusunda  dəyirmi masa keçirilmişdir. Tədbirdə İmişli rayon  İcra Hakimiyyəti, rayon Həmkarlar İttifaqı komitəsi, 35 işəgötürən  müəssisə və təşkilatın nümayəndələri iştirak etmişlər.

 

03.05.2018

İsmayıllı rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir.

   Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 01 may 2018-ci il tarixdə İsmayıllı rayon Peşə Tədris Mərkəzində “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə  “Dəyirmi masa” keçirilmişdir.