FƏALİYYƏTİMİZ

28.07.2010

Əmək bazarındakı mövcud vəziyyətə adekvat tədbirlər həyata keçirilir

Ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət, məqsədyönlü tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı daim inkişaf edir və bu proseslərə öz dəyərli töhfəsini verməyə çalışan Dövlət Məşğulluq Xidməti ölkənin əmək bazarındakı mövcud vəziyyət ciddi şəkildə nəzərə alınmaqla aktiv məşğulluq tədbirlərini davam etdirir. Bu fikri iyulun 26-da keçirdiyi mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib.

27.07.2010

Sosial müdafiə tədbirləri aztəminatlı vətəndaşların rifahında müsbət dəyişikliklər yaradır

İyulun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2010-cu ilin 6 ayının yekunlarına dair geniş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov ilk öncə milli mətbuatımızm 135 illik yubileyi münasibətilə bir qrup jurnalistə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən sosial müdafiə tədbirləri barədə əhalinin məlumatlandırılmasmda peşəkar fəaliyyətinə görə nazirliyin fəxri diplomlarını və mükafatlarını təqdim edib.

27.07.2010

Məşğulluğun təmin olunması sahəsində işəgötürənlərin iştirakı xüsusi əhəmiyyətə malikdir

       Baş Məşğulluq İdarəsi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 2010-cu ilin birinci yarımilliyində respublikamızın 51 rayon və şəhərində Məşğulluq Xidməti Orqanları tərəfindən “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu” mövzusunda dəyirmi masalar keçirilmişdir.

26.07.2010

Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən vətəndaşların məşğulluğu sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi üzrə mütəmadi monitorinqlər aparılır

2010-cu ilin birinci yarısında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən “İş yerlərinin ixtisarı və yeni iş yerlərinin açılması ilə bağlı sorğu” mövzusunda 13 sualdan ibarət monitorinq-sorğu blanklarına müvafiq olaraq 1390 müəssisə əhatə olunmaqla müayinələr aparılmış və Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi tərəfindən təhlil edilmişdir.

06.07.2010

Torontoda keçirilən “Böyük iyirmiliyin” sammiti ərəfəsində BƏT Beynəlxalq Əmək Təşkilatı) tarazlaşdırılmış iqtisadiyyatın sağlamlaşdırılması üçün əmək bazarında aktiv tədbirlərin həyata keçirilməsinə çağırmışdır

       18 iyun, 2010-cu il tarixdə Beynəlxalq Əmək Təşkilatının illik konfransı yekunlaşıb. Konfransın nümayəndələri xüsusi olaraq əhalinin məşğulluğu və sosial müdafiəsi məsələlərində iqtisadiyyatın sağlamlaşdırılması siyasətinə diqqəti cəlb etdilər.

06.07.2010

Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” Layihəsi diqqət mərkəzindədir

Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Sosial Müdafiənin İnkişafı” Layihəsi çərçivəsində Dünya Bankının bir qrup eksperti Məşğulluq Xidməti orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədilə respublikamızda işgüzar səfərdə olmuşlar.