FƏALİYYƏTİMİZ

12.06.2010

“Karyerada ilk addım” devizi altında aktiv tədbirlər bölgələrdə davam etdirilir

       11 iyun 2010-cu il tarixində tələbə və məzunların əmək bazarına inteqrasiya olunması, onların əmək bazarındakı mövcud vəziyyət barədə məlumatlandırılması məqsədilə Lənkəran Dövlət Universitendə “Karyerada ilk addım” devizi altında işəgötürənlərin iştirakı ilə növbəti aktiv məşğulluq tədbiri keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən ümumilikdə 41 müəssisə təşkilat tərəfindən 316 iş yeri, habelə Baş Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan iş yerləri məzun və tələbələrin sərbəst seçiminə təqdim olunub.

12.06.2010

Tələbə və məzunlar üçün növbəti aktiv məşğulluq tədbiri keçirilib

       İyunun 10-da Azərbaycan Turizm İnstitutunda tələbə və məzunların əmək bazarına inteqrasiya olunması məqsədilə növbəti aktiv məşğulluq tədbiri keçirilib. Tədbirdə Bakı, Sumqayıt şəhərlərində, Abşeron, Quba, Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı rayonlarında fəaliyyət göstərən ümumilikdə 88 müəssisə təşkilat tərəfindən 600-ə yaxın aidiyyatı üzrə ixtisaslaşmış iş yeri, habelə Bakı şəhər Məşğulluq İdarəsinin məlumat bazasında mövcud olan iş yerləri məzun və tələbələrin sərbəst seçiminə təqdim olunub.

19.05.2010

Düzgün peşə seçimi gələcək uğurun başlanğıcıdır

       Dövlət Məşğulluq Xidməti gənclərin peşəyönümü işində yeni addımlar atır. Orta məktəblərin yuxarı sinif şagirdlərinin peşəyönümü işinin daha effektli təşkili məqsədilə Dövlət Məşğulluq Xidmətinin, ümumtəhsil məktəblərinin və valideynlərin səyləri birləşdirilir. Bu sahədə pilot rayon kimi seçilmiş Bakının Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən mayın 18-də rayonda yerləşən 1 saylı orta məktəbin müəllim heyəti və valideynlər şurası ilə görüş keçirilib.

07.05.2010

Dövlət məşğulluq strategiyasının icrasında hər bir işəgötürən fəal iştirak etməlidir

Ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün düşünülmüş iqtisadi siyasət, məqsədyönlü tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı bütün dünyanı bürümüş maliyyə böhranının təsirlərindən yan keçərək, daha da inkişaf edir. Dövlət Məşğulluq Xidməti ölkənin inkişafı proseslərinə öz dəyərli töhfəsini verməyə çalışır, qanunvericiliyin tələblərinə uyğun olaraq işəgötürənlərlə əməkdaşlıq zəminində işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı məqsədilə səmərəli aktiv tədbirlər həyata keçirir.

31.03.2010

Gənclərin peşə meylini öyrənilməsi, peşəyönümü işlərinin təşkili ilə əlaqədar tədbirlər davam etdirilir

       “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010- cu illər)” Tədbirlər Planının 5.13 bəndinə əsasən peşəyönümü sisteminin tətbiqi ilə əlaqədar Bakı şəhəri Məşğulluq Xidmətləri işaxtaran vətəndaşların,xüsusilə gənclərin peşə meylini öyrənmək, istedad və qabiliyyətlərini aşkara çıxarmaq, onlara əmək bazarının real tələblərinə uyğun peşə seçməkdə köməklik etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişlər.

30.03.2010

Məşğulluğun təminatında işəgotürənlərin iştirakı xüsusi önəm təşkil edir

Bakı şəhər Məşğuluq İdarəsi tərəfindən 2010-cu il üçün təsdiq edilmiş tədbirlər planına uyğun mart ayında «Məşğulluq haqqında» Qanunun 17-ci maddəsinə «Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı» rolu, işəgötürənlərin məşğulluq xidmətləri ilə əlaqəli işləmələrinin əhəmiyyəti mövzularında dəyirmi masalar keçirilmişdir.