FƏALİYYƏTİMİZ

09.03.2010

Əmək ehtiyatlarından daha dolğun istifadə olunması əsas məqsədlərdən biridir

Martın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəylinin sədrliyi ilə Bakı şəhər Məşğulluq Xidmətinin 2009-cu ildə qeyri-məşğul vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlərlə təmin olunması sahəsində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

03.03.2010

Sumqayıtda peşəyönümü tədbirləri gücləndirilir

Son illər müasir sənaye mərkəzinə çevrilən Sumqayıtda rəsmi statistikaya əsasən məcburi köçkünlərlə birlikdə 360 minə yaxın əhali yaşayır. Proqnozlara görə 2010-cu ildə şəhərdə əmək ehtiyatlarının 207 min nəfər olacağı gözlənilir. Bunların 188 min nəfər əmək qabiliyyətli vətəndaşlardır. Əmək bazarının təhlili göstərir ki, carı ildə əmək bazarı fəallığı ilə seçiləcəkdir.

22.02.2010

Nəsimi rayonu Əmək və Məşğulluq Mərkəzində gənclərin peşəyönümünə cəlb edilməsinə diqqət daha da artırılmışdır

   Gənclərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi,onlara gələcək peşə və ixtisas seçməsində köməklik göstərilməsi məqsədi ilə Nəsimi rayonu Əmək və Məşğulluq Mərkəzi 2010-cu ilin əvvəlindən rayon ərazisində yerləşən ümumtəhsil məktəblərin buraxılış sinif şagirdlərinin mərkəzdə təşkil olunmuş peşəyönümü kabinetində seminar məşğələlərinə cəlb edilməsinə başlamışdır.Burada onlara Mərkəzin təcrübəli mütəxəssisləri tərəfindən əmək bazarı, əmək bazarında ixtisas və peşələr, işəgötürənlərin peşə və ixtisaslara olan tələbi, ixtisas və peşələrin gələcək prespektivləri haqqında daha ətraflı məlumat verilir.

12.02.2010

ÜDMXA (Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyası, WAPES) ilə əməkdaşlıqda daha bir nailiyyət

2010-cu ilin 26-28 yanvar tarixlərində ÜDMXA-nın və Ukraynanın Dövlət Məşğulluq Xidmətinin birgə təşkil etdikləri “Qlobal maliyyə böhranı: Avropa Dövlət Məşğulluq Xidmətlərinin rolu” adlı konfransda iştirak etmək üçün Baş Məşğulluq İdarəsinin rəsi müavini Xaliq İlyasov və Hüquq sektorunun müdiri Cavid Heydərli Ukraynanın Kiyev şəhərinə ezam olunmuşdurlar. Görüşün açılışını Ukraynanın Əmək və sosial siyasət naziri xanəm Ludmila Denisova və ÜDMXA-nın Avropa Regionunun prezidenti cənab Günter Schauenberg etdilər. Daha sonra isə Ukraynanın Dövlət Məşğulluq Xidmətinin direktoru canab Vladimir Qalitski Ukraynanın əmək bazarındakı mövcud vəziyyət və böhrandan sonrakı qalxınma tədbirləri haqda ətraflı şəkildə məlumat verdi.

05.02.2010

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Yeni Həyat» qəzetinin 10 yaşı tamam olur.

Milli mətbuatımızın tarixində ilk və yeganə sosial qəzet olan «Yeni Həyat» qəzeti 5 fevral 2000-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin, 2007-ci ilin ortalarından etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsisçiliyi ilə nəşr olunur və əsasən abunə yolu ilə respublikamızın bütün bölgələrinə yayılır.

01.02.2010

Əsas məqsəd aztəminatlı ailələrin sosial reabilitasiyasıdır.

Yanvarın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2009-cu ilə dair fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov ötən il bütün dünyada maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artım tempinin uğurla davam etdirildiyini, iqtisadi inkişafla paralel olaraq, ölkə əhalisinin həyat səviyyəsinin yüksəlməsinə, həmçinin aztəminatlı vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən mühüm sosial müdafiə tədbirlərinin həyata keçirildiyini, bütün bunların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin düzgün düşünülmüş və xalqın iradəsinə söykənən uğurlu siyasətinin dayandığını vurğulayıb.