FƏALİYYƏTİMİZ

17.12.2009

Modul proqramlarınının hazırlanmasına dair praktik seminar keçirilmişdir.

7-11 dekabr 2009-cu il tarixdə İsmayıllı rayonunda “Gənclərin məşğulluğunun təmin olunması” Layihəsi çərçivəsində Məşğulluğa yönəldilmiş modul ixtisas təliminin tətbiqi və modul proqramlarınının hazırlanmasına dair praktik seminar keçirilmişdir. Seminar iştirakçılarına modul proqramlarının hazırlanması ilə əlaqədar milli məsləhətçilər F.Mehdizdə, R.Əsgərov, L.Vahabova və O.Mazanova tərəfindən mühazirələr oxunmuşdur. Seminarın işində Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Subregional bürosunun eksperti Danil Anişşenko da iştirak etmişdir.

16.12.2009

Məhkumluqdan azad olunacaq şəxslərin sosial adaptasiyası gücləndiriləcəkdir

“Pentensiar Müəssisələrdə cəza çəkmədkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq bəndlərinin icrasını təmin etmək məqsdilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış işçi qrupu Pentensiar Xidmətinin Çəzaçəkmə müəssisələrində olmuşdur. Tədbirdə azadlıqdan məhrum olunmuş məhkumlardan cəza müddətinin bitməsinə 1 aydan 3 ayadək qalmış məhkumlarla görüş keçirilmiş, məhkumların sosial adaptasiyası və sosial müdafiəsinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur.

09.12.2009

Bakıda növbəti Əmək Yarmarkası uğurla nəticələnib

Ölkəmizin sosial-iqtisadi inkişaf tempinin ilbəil sürətlənməsi əhalinin məşğulluq imkanlarını daha da genişləndirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti bu imkanlardan istifadə edərək, işsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə respublikanın rayon və şəhərlərində aktiv məşğulluq tədbirləri keçirir. Bu tədbirlərin davamı olaraq, dekabrın 4-5-də Bakı şəhərində növbəti Əmək Yarmarkası keçirilib. Əmək Yarmarkasında Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunda fəaliyyət göstərən 841 müəssisə tərəfindən 6564 boş (vakant) iş yeri təqdim olunub ki, onlardan 5314-ü özəl sektora aiddir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar üçün kvota yerlərinin təqdim olunduğu tədbirdə 235-ə yaxın müəsissənin nümayəndəsi iştirak edib.

28.10.2009

Peşəyönümü

Peşəyönümü probleminin həlli işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlrinin həllində mühüm rol oynayır. Müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla vətəndaşların gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edir.
Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə 2008-ci ildə Baş Məşğulluq İdarəsi tərəfindən Bakı şəhərinin orta ümumtəhsil məktəblərində peşəyönümü metodiki kabinetlərinin yaradılmasına geniş təşkilati-metodiki dəstək göstərilmiş, Nizami, Səbail, Əzizbəyov rayonlarında rayon İcra Hakimiyyətlərinin, Baş Məşğulluq İdarəsinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin, həmin rayonların ərazisində fəaliyyət göstərən işəgötürənlərin və orta ümumtəhsil məktəblərinin pedaqoji kadrlarının iştirakı ilə müşavirələr keçirilmişdir.

04.09.2009

Sumqayıtda aktiv məşğulluq tədbirləri gücləndirilir

Azərbaycan Respublikası Prezidenti-nin 15 may 2007-ci il tarixli 2167 nömrəli sərəncamı ilə təsdiq olunmuş Məşğulluq strategiyasının həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı (2007-2010-cu illər) üzrə müddəaların yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Baş Məşğulluq İdarəsinin tapşırıq və tövsiyyələrinə uyğun Sumqayıt şəhərində əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində bir sıra aktiv tədbirlərin görülməsinə nail olunmuşdur.

05.06.2009

“Karyerada” ilk addım devizi altında məzun və tələbələr üçün keçirilən tədbirlər uğurla davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti orqanları tərəfindən gənclərin sosial müdafiəsinin, xüsusi ilə onların münasib işlə təminatının gücləndirilməsi istiqamətində ardıcıl olaraq bir sıra mühüm tədbirlər həyata keçirilir.
     Bunlardan biridə insan potensialının inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması, kadr hazırlığının bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, eyni zamanda məzunlara və tələbələrə əmək bazarında mövcud vəziyyət haqqında geniş məlumat vermək məqsədi ilə respublikanın ali təhsil ocaqlarında keçirilən tədbirlərdir.
     Belə ki, cari ilin may ayının 19-da Abşeron rayonunda “Qafqaz” Universitetində, 27 may tarixində Azərbaycan Texniki, Memarlıq və İnşaat, 02 iyun tarixində isə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində məzun və tələbələr üçün növbəti tədbirlər keçerilmişdir.