FƏALİYYƏTİMİZ

21.01.2009

Sumqayıt Məşğulluq Mərkəzi beynəlxalq təcrübəyə əsaslanan yeni texnologiyaların tətbiqi ilə yeni iş üslubunda fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramında (2007-2015-ci illər) ölkədə işsizliyin minumuma endirilməsi və bu məqsədlə məşğulluğun səmərəliliyinin artırılması, fəal məşğulluq tədbirlərinin reallaşdırılması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Məşğulluq İdarəsinin rəhbərliyi bu istiqamətdə tədbirlərin görülməsini diqqət mərkəzində saxlayırlar. Bu məqsədlə, beynəlxalq təcrübələr öyrənilmiş və ölkənin sosial-iqtisadi inkişaf amilləri nəzərə alınmaqla fəal məşğulluq tədbirlərinin gücləndirilməsi üçün Sumqayıt Məşğulluq Mərkəzində yeni texnologiyalara əsaslanmış “Pilot” layihə gerçəkləşdirilmiş və 2008-ci ilin dekabrın 24-də bu layihənin təqdimatı olmuşdur.
Respublikada bu ilk “Pilot” layihənin Sumqayıtda təşkil edilməsi bu şəhərdə olan böyük əmək ehtiyatlarından daha effektivli istifadə edilməsi və işaxtaran vətəndaşların məşğulluğunun təminatının yeni keyfiyyət mərhələsinə qaldırılmasına əsaslı təkan verəcəkdir.

23.10.2008

Məzun və tələbələrin əmək bazarına inteqrasiyasına köməklik göstərilməsi məqsədi ilə “Karyerada ilk addım” devizi altında keçirilən tədbirlər haqqında

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf konsepsiayasında 2004-2008-ci illər ərzində ölkədə yeni iş yerlərinin yaradılması mühüm müddəalardan biridir. Ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən, əhalinin rifah halının yaxşılaşdırılması məqsədinə ünvanlanan bu təşəbbüs ölkəmizdə iqtisadi inkişafın ilbəil sürətlənməsi, yeni infra strukturların yaradılması, yeni iri iqtisadi layihələrin gerçəkləşdirilməsi, qeyri-neft sektorunun canlanması, kiçik və orta sahibkarlığın geniş vüsət alması respublikada investisiya mühütünün şəffaflaşdırılması müqabilində tam realdır və fərəhlə qeyd etmək olarki, dövlət başçısının ölkənin, o cümlədən regionların sosial-iqtisadi tərəqqisinə xidmət edən böyük və ardıcıl səyləri sayəsində ölkədə bir-birinin ardınca yeni müəssisələr, iş yerləri açılır.

18.07.2008

İşsizliyin ağır sosial bəlaya çevrildiyi vaxtlarda Əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidməti yaradıldı.


Azərbaycan 1991-ci ilin oktyabrında öz müstəqilliyinə qovuşdu, lakin ölkədə hakimiyyətsizliyin, hərc-mərcliyin hökm sürməsi, digər tərəfdən, uzun onilliklər boyu mövcud olmuş sovet iqtisadi münasibətlərinin tənəzzülü və yeni iqtisadi sistemin hələ formalaşmaması, eyni zamanda Ermənistan tərəfindən respublikanın ərazilərinin geniş təcavüzə məruz qalması və hər gün on minlərlə insanın qaçqın və köçkün vəziyyətinə düşməsi xalqa bu müstəqilliyin sevincini yaşamağa imlan vermədi, əksinə, saysız-hesabsız problemlər, günbəgün dərinləşən iqtisadi böhran və işsizliyin ağır sosial bəlaya çevrilməsi insanların hətta gündəlik iş-gündəlik çörək ümidinə belə qənim kəsildi.