FƏALİYYƏTİMİZ

09.08.2012

Bakı şəhəri rayonlarında Səyyar Əmək Birjası tədbirləri maraqla qarşılanır

02 avqust 2012-ci il tarixdə Bakı şəhər Məşğulluq İdarəsinin Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən rayon İcra Hakimiyyəti ilə əvvəlcədən razılaşdırılmış yerdə işaxtaran vətəndaşların, xüsusilə də qadınların və gənclərin fəal məşğulluq tədbirlərinə cəlb edilməsi məqsədi ilə xüsusi avadanlıqlarla təchiz edilmiş avtomobil vasitəsi ilə Səyyar Əmək Birjası  tədbiri təşkil edilmişdir.

01.08.2012

Bakı şəhərinin rayonlarında işəgötürən müəssisə rəhbərlərinin iştirakı ilə “Dəyirmi masa”lar keçirilmişdir

Nəsimi, Binəqədi, Nizami, Səbail və Qaradağ rayon Məşğulluq Mərkəzləri tərəfindən 2012-ci ilin iyul ayı ərzində işəgötürən müəssisələrin iştirakı ilə “Dəyirmi masa”lar  keçirilmişdir.

29.06.2012

Bakı Biznes Universitetində “Karyerada ilk addım” devizi altında fəal məşğulluq tədbiri keçirilmişdir

“Karyerada ilk addım” devizi altında 29 iyun 2012-ci il il tarixdə Bakı Biznes Universitetində tədbir təşkil edilmişdir. Tədbirdə Bakı şəhərinin Rayon Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 67 işəgötürən müəssisə və təşkilatlar iştirak etmişdir.

22.06.2012

“Qafqaz” Universitetində “Karyerada ilk addım” devizi altında fəal məşğulluq tədbiri keçirilmişdir

“Karyerada ilk addım” devizi altında  22 iyun 2012-ci il  il tarixdə  “Qafqaz” Universitetində tədbir keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Füzuli Ələkbərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç və digər rəsmi şəxslər iştirak  etmişlər.

22.06.2012

Gənclərin məşğulluğu Beynəlxalq Əmək Təşkilatının diqqət mərkəzindədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Xidmətinin, eləcə də Beynəlxalq Əmək Təşkilatının nümayəndələri Göyçay rayonuna işgüzar səfər etmişlər.

21.06.2012

Azərbaycanda ikinci mərhələ üçün «Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı» qəbul ediləcək

20 iyun 2012-ci il tarixdə Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə «Layiqli əmək üzrə Ölkə Profili» mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının, sosial tərəfdaşların nümayəndələri iştirak edib.

  • FOTO
  • VIDEO


XƏBƏRLƏR