FƏALİYYƏTİMİZ

29.05.2012

Gəncə şəhərində "Karyerada ilk addım" adı altında tədbir keçirilmişdir

18  may 2012-ci il tarixdə  Azərbaycan Dövlət Aqrar Universitetində  Gəncə şəhər Məşğulluq Mərkəzi ilə birgə Məzun və tələbələrin  əmək  bazarına inteqrasiyası "Karyerada ilk addım" adı altında tədbir keçirilmişdir.

22.05.2012

Bakı şəhərində fəal məşğulluq tədbirləri genişləndirilir

Bakı şəhərinin rayonlarında vətəndaşların işlə təmin olunmasını  asanlaşdırmaq məqsədi ilə bir  sıra mühüm tədbirlər həyata keçirilir. Belə ki,  Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən Bakı Əmək Birjasında,  Binəqədi rayon Məşğulluq Mərkəzi  tərəfindən isə Mərkəzin inzibati binasında ixtisaslaşdırılmış Əmək Yarmarkaları təşkil  olunmuşdur.

27.04.2012

Bakı şəhərində Əmək və Sosial Münasibətlər Akademiyasında “Karyerada ilk addım” tədbiri olmuşdur

Müasir bazar  iqtisadiyyatı şəraitində  əmək bazarı xeyli  dəyişikliklərə  uğramışdır. Yeni  peşələr və  ixtisaslar  formalaşmış, işaxtaranların yüksək standartlar  səviyyəsində  öz işlərini  qurmaq üçün hazırlıqlı kadrlara və  mütəxəssislərə  ehtiyacı  artmışdır. Bu  baxımdan universitetlərdə  təhsil  alan gənclərlə  və  həmçinin bu  ali  təhsil  ocaqlarını  yeni  bitirmiş məzunlarla işəgötürən müəssisə  və  kompamiyalar  arasında əlaqələrin gücləndirilməsi  aktuallığı ilə  diqqəti  cəlb edir.

27.04.2012

“Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfransalar keçirilmişdir

2012-ci ilin aprelin 19-da Zaqatala, Balakən, Cəbrayıl, 20-də Lerik və 25-də Şəki rayon Məşğulluq Mərkəzlərinin əməkdaşları tərəfindən adları çəkilən şəhər və rayonlarda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində rayon İcra Hakimiyyətlərinin, rayon Təhsil İdarələrinin rəhbərliyinin, həmin rayonların ərazisində fəaliyyət göstərən işəgötürənlərin və orta ümumtəhsil məktəblərinin pedaqoji kadrlarının iştirakı ilə müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfransalar keçirilmişdir.

24.04.2012

Azərbaycan Dillər Universitetində və Bakı Asiya Universitetində “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirilib

Məlum olduğu kimi, ali məktəb məzunlarına gələcəkdə fəal iş prosesində sosial-psixoloji cəhətdən hazır olmağa köməkliyin göstərilməsi  mühüm əhəmiyyət kəsb edir. Bu  amilləri  nəzərə  alaraq, həmçinin Əmək və  Əhalinin Sosial Müdafiəsi  Nazirliyi və  Dövlət Məşğulluq Xidməti  rəhbərliklrinin tapşırıqlarına müvafiq olaraq, Nəsimi rayon Məşğulluq Mərkəzi tərəfindən  Azərbaycan Dillər Universitetində  və Bakı Asiya Universitetində  “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər təşkil edilib.

17.04.2012

Azərbaycan Dövlət Neft Akademiyasında və Bakı Slavyan Universitetində “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirilib

       Məlum olduğu kimi, ali məktəb məzunlarının seçdikləri ixtisaslarına uyğun olaraq əmək bazarına inteqrasiya imkanlarının genişləndirməsi, onlara gələcəkdə fəal iş prosesində sosial-psixoloji cəhətdən hazır olmağa köməkliyin göstərilməsi məqsədi ilə, Nəsimi rayon Məşğulluq Mərkəzi Bakı Slavyan Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda məşğələlər keçirib.