FƏALİYYƏTİMİZ

16.04.2012

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının Sosial Müdafiənin İnkişafı Layihəsinin “Modul tipli təlim proqramlarının hazırlanması” tapşırığı çərçivəsində 10-14 aprel tarixlərində təlim keçirilmişdir

       2012-ci ilin 10-14 aprel tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Sosial Müdafiənin İnkişafı” Layihəsinin “Modul Təlim Proqramları” tapşırığı çərçivəsində beynəlxalq ekspert, təlimçi Klod Vassamilletin itirakı ilə “Modul kurrikulumlarının hazırlanması” üzrə təlimlərin IV mərhələsi keçirilmişdir. Təlimdə Dövlət Məşğulluq Xidmətinin əməkdaşları Fuad Mehdizadə, Rəşad Əsgərli, Cavid Süleymanov, Ülvi İsmayılov, Lalə Ağayeva iştirak etmişlər.

12.04.2012

Bakı şəhərinin yerli məşğulluq orqanları ilə Bakı Slavyan Universiteti birlikdə əmək bazarına inteqrasiya imkanlarını araşdırır

Məlumdur ki, gənclərə, o cümlədən müəyyən ixtisas və peşə vərdişlərinə yiyələnmiş məzunlara əmək bazarında aktiv işaxtarma texnologiyalarının aşılanması, onların gələcək iş prosesinə psixoloji və praktiki cəhətdən hazırlanması Məşğulluq Xidməti orqanları qarşısında duran mühüm vəzifələrdən biridir.

25.02.2012

Bakı şəhərinin rayonlarında ixtisaslaşdırılmış “ Əmək yarmarkaları ” nın keçirilməsi davam etdirilir

       Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tapşırıq və tövsiyyələrinə əsasən Bakı şəhərinin rayonlarında ixtisaslaşdırılmış “ Əmək yarmarkaları ” nın keçirilməsi davam etdirilir.

13.02.2012

Əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində yeni addım: işaxtaranlara səyyar xidmət

       Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən qeyri-məşğul əhalinin işlə təmin olunması və onların məşğulluğunun gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərə bir yenisi də əlavə olunmuşdur.

08.02.2012

Bakı şəhərində fəal məşğulluq tədbirlərinə start verilmişdir

       Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Dövlət Məşğulluq Xidməti rəhbərliklərinin tapşırıq və tövsiyyələrinə müvafiq olaraq, 2012-ci ildə Bakı şəhərində fəal məşğulluq tədbirlərinin gücləndirilməsi üçün işlər aparılır.

21.09.2011

Sumqayıt şəhərində “Əmək yаrmаkаlаrı”nın təşkili təkmilləşdirilir

Əhаlinin məşğulluğunun gücləndirilməsi, iş-ахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqənin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə əmək yаrmаrkаlаrının təşkili sоn illərdə mütərəqqi bir mеtоd kimi özünü dоğrultmuşdur.Müаsir dövrdəki iqtisаdi inkişаf prоsеsləri, əmək bаzаrındа işçi qüvvəsinə tələbаtın kеyfiyyət strukturundаkı dəyişikliklər və bir çох digər аmillər əmək yаrmаrkаlаrının təşkili məsələlərinə də yеnidən bахmаğı zəruri еtmişdir.