FƏALİYYƏTİMİZ

13.01.2010

Nəsimi rayon Məşğulluq Mərkəzində işəgötürənlərin əmək bazarında yeri mövzusunda Dəyirmi Masa keçirilmişdir

Azərbaycan Respublikası özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ölkədə bütün resurslardan, o cümlədən əmək ehtiyatlarından səmərəli istifadəni təmin etməklə, iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması bu mərhələnin əsas məqsədidir. Müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi bu sahədə mövcud olan problemlərin həlinə və əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənir. Yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdəndir.

29.12.2009

Uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılıb

Azərbaycan Prezidenti İlham Əliyev 23 dekabr 2009-cu il tarixdə «Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında» Fərman imzalayıb.
Ölkəmizdə uşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə imzalanmış sənədə əsasən, uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilib.

29.12.2009

Hər bir vətəndaş Prezident qayğısını öz rifahında hiss edir

Dekabrın 25-də Sumqayıt şəhərində 36 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda savaşlarda fiziki sağlamlığını itirmiş həmvətənlərimizin istifadəsinə verilib.
Əlil və şəhid ailələrini yeni mənzillə təmin olunmaları münasibətilə təbrik edən nazir müavini İlqar Rəhimov bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi və respublikamıza bütün sahələrdə uğurlar gətirən siyasətin əsasında insan amili, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması məsələsi dayanır.

29.12.2009

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatı

Dekabrın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru-hökumət sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
       Dövlət başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində respublikamızda iqtisadi tərəqqi tempinin davamlı xarakter aldığını, hətta ümumdünya maliyyə-iqtisadi böhranı şəraitində belə ölkə iqtisadiyyatında inkişaf dinamikasının davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdıran nazir müavini Natiq Məmmədov həmçinin Azərbaycanda sosial müdafiə işinin gücləndirilməsi, yoxsulluğun aradan qaldırılması, işsizliyin ləğvi, miqrasiya proseslərinin tənzimlənməsi sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər və onların müsbət nəticələri barədə qonaqlara məlumat verib.

17.12.2009

Modul proqramlarınının hazırlanmasına dair praktik seminar keçirilmişdir.

7-11 dekabr 2009-cu il tarixdə İsmayıllı rayonunda “Gənclərin məşğulluğunun təmin olunması” Layihəsi çərçivəsində Məşğulluğa yönəldilmiş modul ixtisas təliminin tətbiqi və modul proqramlarınının hazırlanmasına dair praktik seminar keçirilmişdir. Seminar iştirakçılarına modul proqramlarının hazırlanması ilə əlaqədar milli məsləhətçilər F.Mehdizdə, R.Əsgərov, L.Vahabova və O.Mazanova tərəfindən mühazirələr oxunmuşdur. Seminarın işində Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Subregional bürosunun eksperti Danil Anişşenko da iştirak etmişdir.

16.12.2009

Məhkumluqdan azad olunacaq şəxslərin sosial adaptasiyası gücləndiriləcəkdir

“Pentensiar Müəssisələrdə cəza çəkmədkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq bəndlərinin icrasını təmin etmək məqsdilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış işçi qrupu Pentensiar Xidmətinin Çəzaçəkmə müəssisələrində olmuşdur. Tədbirdə azadlıqdan məhrum olunmuş məhkumlardan cəza müddətinin bitməsinə 1 aydan 3 ayadək qalmış məhkumlarla görüş keçirilmiş, məhkumların sosial adaptasiyası və sosial müdafiəsinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur.