Xəbərlər

15.11.2017

Binəqədi rayon Məşğulluq Mərkəzində işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən 14 noyabr 2017-ci il tarixdə Mərkəzdə “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada yerli müəssisələrin nümayəndələri iştirak etmişdir.

Tədbiri  Mərkəzin direktoru G.Bağırov  açaraq  iştirakçıları salamlamış və İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində Mərkəz tərəfindən həyata keçirilən məşğulluq tədbirləri barədə məlumat vermişdir.

Dəyirmi masada Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarala və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi Xətai Mehralıyev çıxış edərək idarə və müəssisə rəhbərlərinin, Məşğulluq Mərkəzlərinin üzərinə düşən  vəzifələr haqqında danışmışdır. Tədbirdə  Azərbycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ünvanlılıq prinsipinin təmin olunması ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, qəbul edilmiş Dövlət Proqramları, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi istiqamətində həyata keçirilən məğulluq tədbirləri barədə geniş məlumat verilmişdir.

Mərkəzin direktor müavini Aktiv Məşğulluq tədbirləri sektorunun müdiri Elnur Əkbərov çıxış edərək bildirdi ki, hazırda rayon ərazisində 560 müəssisə və təşkilat  fəaliyyətdədir. Cari ilin 10 ayı ərzində müəssisələr tərəfindən təqdim olunan 1420 boş iş yerlərində 1190 nəfər işaxtaran vətəndaş peşə və ixtisaslarına uyğun işlə təmin olunmuş, onlardan 13 nəfəri sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar kvota yerlərində işə düzəlmişlər. Binəqədi rayonu üzre 37 ailə özünəməşğulluq proqramindan bəhrələnibdir.

Dəyirmi masada əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması sahəsində işəgötürənlərlə birgə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.