Xəbərlər

14.11.2017

Tovuz rayon Məşğulluq Mərkəzində işəgötürənlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

14 noyabr  2017-ci il tarixdə Tovuz rayon Məşğulluq Mərkəzi tərəfindən “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin məşğulluğöunun səmərəli təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəriman Eyvazov, Səhiyyə işçiləri həmkarlar ittifaqı Tovuz rayon Komitəsinin sədri Nəriman Şirinov, Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərov və 53 idarə, müəssisə və  təşkilatın   səlahiyyətli nümayəndəsi  iştirak etmişlər.

 Yığıncaqda əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsi, əmək bazarında real vəziyyətin qiymətləndirilməsi, peşə hazırlığının əmək bazarının tələblərinə uyğun təşkil edilməsi, işsiz, işaxtaran və sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların işlə təmin olunması, haqqı ödənilən ictimai işlərin təşkilinin məşğulluq siyasətinin ardıcıl yerinə yetirilməsində müsbət nəticələr verdiyindən bəhs edilmişdir. Əlillərin işlə təmin edilməsi xüsusi vurğulanmışdır. Məsələ ətrafında diskusiyalar aparılmış, bu sahədə olan problemlərdən, məşğulluğun təmin edilməsi sahəsində müvafiq  məlumat və hesabatların müəyyən olunmuş vaxtlarda işəgötürənlər tərəfindən Məşğulluq Mərkəzinə təqdim olunmasının zəruriliyi qeyd olunmuşdur.