Xəbərlər

16.11.2017

Yevlax rayonunda “Peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir.

 Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən 14 noyabr 2017-ci il tarixində Varvara və Salahlı kənd orta məktəblərində “Peşə seçimində valideynlərin rolu” mövzusunda  tədbir keçirilmışdir. Tədbirdə Mərkəzin əməkdaşları, YAP Gənclər Təşkilatının nümayəndələri, valideynlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Tədbirdə gənclərin peşə seçiminə dair valideynlərin rolu barədə tövsiyələr verilmiş, şagirdlərlə peşə seçiminə aid sorğu keçirilərək onları maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı.