Xəbərlər

20.11.2017

Düzgün ixtisas secimində valideynlərin rolu

 Yardımlı rayon Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ilin noyabr ayının 13-də Alçabulaq və noyabrın 15-də Sırıq kənd tam orta məktəblərində yuxarı  sinif  şagirdlərinin və  onların valideynlərinin iştirakı  ilə “Peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.   

Tədbirdə Yardımlı Məşğulluq Mərkəzinin direktoru Fikrət Qəhrəmanov,  rayon Təhsil şöbəsinin metod kabinetinin  müdiri Təbiət Səlifov, mərkəzin  mütəxəssisləri, məktəbin pedaqoji kollektivi, eləcə də valideynlər iştirak etmişlər.

Tədbirdə gənclərin peşə seçiminə dair valideynlərin rolu barədə tövsiyələr verilmiş, şagirdlərlə peşə seçiminə aid sorğu keçirilərək onları maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı.