Xəbərlər

24.11.2017

22-noyabrın 2017-ci il tarixdə də Goranboy, Şəmkir, Siyəzən, Salyan, Bərdə, Lerik və Tovuz rayonlarında Peşəyönümü tədbirləri keçirilmişdir.

Peşəyönümü işinin düzgün təşkili əmək bazarının tələbatına uyğun işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlrinin həllində mühüm rol oynayır.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə 2017-ci ilin noyabrın 22-də Goranboy, Şəmkir, Siyəzən, Salyan, Bərdə, Lerik və Tovuz rayon Məşğulluq Mərkəzlərinin əməkdaşları tərəfindən adları çəkilən şəhər və rayonlarda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində rayon İcra Hakimiyyətlərinin, rayon Təhsil İdarələrinin rəhbərliyinin, həmin rayonların ərazisində fəaliyyət göstərən işəgötürənlərin və orta ümumtəhsil məktəblərinin pedaqoji kadrlarının iştirakı ilə müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin təşkili” mövzusunda konfransalar keçirilmişdir.