Xəbərlər

04.12.2017

Bərdə rayon Məşğulluq Mərkəzi işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir.

29 noyabr 2017-ci il tarixdə Bərdə rayon Məşğulluq Mərkəzində “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Məşğulluğa kömək göstərən yerli Əlaqələndirmə Komitəsinin nümayəndələri, Həmkarlar İttifaqı Federasiyasının Bərdə rayon Komitəsinin sədri, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.  

Tədbirdə əmək yarmarkalarının təşkili və həyata keçirilməsi qaydaları, sosial tərəfdaşların (işəgötürənlərin) bu işdə rolu, işsiz və işaxtaran vətəndaşların münasib işlə təmin olunması və sosial müdafiəsinin təşkilində əmək yarmarkalarının keçirilməsinin əhəmiyyəti,  əmək yarmarkalarının yüksək səviyyədə keçirilməsi üçün Məşğulluq Mərkəzi ilə işəgötürənlərin birgə fəaliyyətinin vacibliyi mövzusunda ətraflı, diskussiya şəraitində geniş müzakirələr aparıldı, qarşıda duran vəzifələr və bu vəzifələrin həyata keçirilməsi yolları araşdırıldı.