Xəbərlər

04.12.2017

Salyan rayon Məşğulluq Mərkəzi işəgötürənlərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir.

01.12.2017-ci il tarixli Salyan rayon Məşğulluq Mərkəzində “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda növbəti dəyirmi masa keçirilmişdir. Salyan rayon Mərkəzi kitabxanasında təşkil edilən dəyirmi masada rayonda fəaliyyət göstərən yerli bələdiyyələrin , həmkarlar ittifaqı təşkilatının nümayəndələri, sahibkarlar, idarə və müəssisə rəhbərləri iştirak etdilər. Dəyirmi masada çıxış edən mərkəzin direktoru Elxan Kərimov əmək yarmarkaları haqqında, onun təşkili və keçirilməsinin əhəmiyyəti barədə danışdı. Sonra iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq dövlətimizin əhalinin səmərəli məşğulluğu ilə bağlı son qərar və göstərişlərinə yüksək qiymət verdilər. Dəyirmi masada əmək yarmarkalarının hazırlanıb keçirilməsində yaxından iştirak etməklə bağlı işəgötürənlərin, yerli bələdiyyələrin məsuliyyəti müəyyənləşdirilmiş, eləcədə sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin səmərəli məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının rolu qeyd edilmiş , mövcud olan problemlər araşdırılmış və onların qısa müddətli həlli üçün müvafiq tövsiyyələr verilmişdir. Dəyirmi masada iştirak edən işəgötürənlər öz fikirlərini bölüşdülər və onların maraqlandıran müxtəlif suallarada ətraflı cavab aldılar.