Xəbərlər

08.12.2017

Masallı, Salyan, Balakən, Quba, Oğuz rayonlarında və Mingəçevir şəhərində peşəyönümü məsləhəti ilə bağlı tədbirlər keçirilmişdir.

 Yuxarı sinif şagirdlərinin düzgün peşə seçiminə köməklik göstərilməsi məqsədi ilə Masallı, Salyan, Balakən, Quba, Oğuz rayon və Mingəçevir şəhər Məşğulluq Mərkəzləri tərəfindən 06-07 dekabr 2017-ci il tarixində peşəyönümü məsləhəti ilə əlaqədar tədbirlər keçirilmişdir.

Müəllim, valideyn və psixoloqların iştirakı ilə keçirilən tədbirlərdə gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumat verilmiş, eləcə də mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Gənclərə meyl və bacarıqlarına uyğun olaraq əmək bazarının tələblərini nəzərə almaqla istədikləri peşələrə yiyələnməsi tövsiyə olunmuşdur