Xəbərlər

20.12.2017

Neftçala rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Neftçala rayon Məşğulluq Mərkəzi  2017-ci ilinin dekabr ayında rayonun orta, ümumtəhsil  məktəblərində  peşəyönümü  tədbirlərinin   keçirilməsi işini mütəmadi olaraq davam etdirir. 

19 dekabr 2017-ci il tarixdə  Neftçala şəhər  “Muğan” litseyi tam orta məktəbində peşəyönümü tədbiri keçirilmiş və tədbirdə məktəbin direktoru Əsəd Səlimov, təhkimçi müəllim  Sevinc Həsənli  IX, X, XI sinif şagirdləri, valideyinlər  və mərkəzin  məsul  işçiləri  iştirak etdilər. Tədbirdə mərkəzin məsləhətçisi Orxan Ağalarzadə yuxarı sinif şagirdlərinin peşəyönümü istiqamətində təlimatlandırdı. Rayonun əmək bazarında ən çox tələb olunan peşələr barədə məlumat verdi. Məktəbin direktoru Ə. Səlimov yuxarı sinif şagirdlərinə peşə seçimində valideynlərin və Məşğulluq Mərkəzinin rolu barədə məlumat verdi. Mərkəzin aparıcı məsləhətçisi Nuranə Həsənli şagirdlərə peşə Tədris Mərkəzlərində istənilən peşəyə sahib ola biləcəklərini onların nəzərinə çatdırdı.