Xəbərlər

20.12.2017

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə  ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün  19 dekabr 2017-ci il tarixdə Ağsu rayon Qaraqoyunlu kənd orta, Musabəyli kənd orta və Ağsu 1 saylı orta məktəblərində peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə Ağsu rayon Məşğulluq Mərkəzinin baş məsləhətçiləri T.Sadıqov, X.Səmədov çıxış edərək valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri haqqında geniş məlumat verdilər. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırıldı. Şagirdlərə və valideynlərə peşə seçiminə dair məlumat kitabçaları paylanıldı və onların sualları cavablandırıldı.