Xəbərlər

11.01.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti peşəyönümü tədbiri keçirilmişdir.

    Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə qrafikə uyğun olaraq 2018-ci ilin yanvarın 10-da İsmayıllı rayon Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən  A. Aslanov adına şəhər 2 saylı tam orta  məktəbində məktəb kollektivinin, şagirdlərin və onların valideyinlərinin  iştirakı ilə müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideyinlərin rolu” mövzusunda tədbir keçirilmişdir.