Xəbərlər

25.01.2018

Astara rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədilə ümumtəhil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təqdim olunmuş qrafikə uyğun olaraq 24-26.01.2018-ci il tarixlərində Astara rayon 4, 5 və 6 saylı tam orta məktəblərində Məşğulluq Mərkəzinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərin peşə seçməyə hazırlanması, onların maraq və meyllərinin əmək bazarı tələbatına uyğun olan peşələrə yönəldilməsi, gələcəkdə həmin sahələr üzrə işə düzəlməsi məqsədini daşımışdır. Çünki peşəyönümü məsələsi insan həyatının ən talehyüklü məsələlərindən biridir. Maraqlı keçən müzakirələrdə yuxarı sinif şagirdlərini, və müəllimləri maraqlandıran suallar Mərkəzin baş məsləhətçisi A.Cəfərov və rayon Təhsil Şöbəsinin müdür müavini S.Baxşıyev tərəfindən cavablandırılmışdır.