Xəbərlər

24.01.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən növbəti peşəyönümü tədbiri keçirilmişdir.

24 yanvar  2018-ci  il  tarixdə İsmayıllı rayon Məşgulluq Mərkəzi tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq “Gənclərin peşə seçimində valideyinlərin rolu” mövzusunda R.Novruzov adına Basqal qəsəbə  tam orta məktəbində  valideynlərin,  şagird və müəllimlərin  iştirakı ilə peşəyönümü tədbiri keçirmişdir. Peşəyönümü  tədbirində  məktəbin  direktoru Ağasəfər Qafarov, İsmayıllı rayon Məşğulluq Mərkəzin baş məsləhətçisi Namiq Bağıyev, aparıcı məsləhətçi Qadir Abduləzizov, məsləhətçi Arif Xancanlı iştirak etmişlər. Çıxışlarda düzgün peşə seçiminin həlli işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynadıldığı qeyd olunmuşdur. İşəgötürənlərin peşə və ixtisaslara olan tələbləri şagirdlərin və valideynlərin nəzərinə çatdırılmışdır. Tədbirdə şagirdlərlə peşə seçiminə aid sorğu keçirildi və onları maraqlandıran müxtəlif istiqamətli suallar Mərkəzin mütəxəssisləri tərəfindən cavablandırıldı.