Xəbərlər

25.01.2018

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə  ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün  25 yanvar 2018-ci  il tarixdə Ağsu rayon Çiyni kənd orta,Növcü kənd orta və Ərəbmehdibəy kənd orta məktəblərində peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə Ağsu rayon Məşğulluq Mərkəzinin baş məsləhətçiləri T.Sadıqov, X.Səmədov çıxış edərək  bildirdilər ki, peşəyönümü probleminin həlli məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Mərkəzin mütəxəssisləri valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri haqqında geniş məlumat verdilər. Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırıldı. Şagirdlərə və valideynlərə peşə seçiminə dair məlumat kitabçaları paylanıldı və onların sualları cavablandırıldı.