Xəbərlər

26.01.2018

Siyəzən rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

 Siyəzən  rayon  Məşğulluq  Mərkəzinin  təşkilatçılığı  ilə 25 yanvar 2018-ci il tarixində 6 və 4 nömrəli tam  orta  məktəblərində  yuxarı  sinif  və  onların  valideynlərinin  iştirakı  ilə  “Gənclərin  peşə  seçimində  valideynlərin  rolu”  mövzusunda  peşəyönümü  tədbirləri  keçirilmişdir. Tədbirdə  Siyəzən  rayon  Məşğulluq  Mərkəzinin  mütəxəssisləri,  məktəbin  pedoqoji  kollektivi, yuxarı  sinif  şagirdləri  və  onların  valideynləri  iştirak  etmişdir.

Tədbirdə  Mərkəzin  mütəxəssisləri  çıxış  edərək  bildirdilər  ki,  peşəyönümü  tədbirləri  məşğulluq  məsələlərinin  həllində  mühüm  rol  oynayır. Gənclərə  əmək  bazarında  ən  çox  tələb  olunan  peşə  və  ixtisaslar,  düzgün  peşə  seçimi  üçün  tələb  olunan  əsas  şərtlər  haqqında  məlumat  verilmiş,  onlara  meyl  və  bacarıqlarına  uyğun  olaraq  əmək  bazarının  tələblərini  nəzərə  almaqla  istədikləri  peşələrə  yiyələnməsi  tövsiyyə  olunmuşdur. Bundan  əlavə  onlara  əmək  bazarı,  aktiv  məşğulluq  tədbirləri    barədə  məlumat  verilmişdir.