Xəbərlər

26.01.2018

Beyləqan rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

 Beyləqan rayon Məşğulluq Mərkəzinin rəhbərliyi bildirir ki, 2017-2018-ci il tədris ili ərzində Məşğulluq Mərkəzi tərəfindən orta ümumtəhsil məktəblərində keçiriləcək peşəyönümü tədbirlərinin təsdiq olunmuş qrafikinə əsasən Beyləqan rayon Məşğulluq Mərkəzi 24 yanvar 2018-ci il tarixdə Beyləqan şəhər Akademik Mehdi Mehdizadə adına 3 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə birgə “Düzgün peşə seçək” mövzusunda tədbir keçirdi. Tədbirdə ümumilikdə 74 nəfər iştirak etdi. Onlardan 63 nəfəri 9-cu, 10-cu, 11-ci sinif şagirdləri, 6 nəfəri valideynlər, 5 nəfərini isə müəllimlər təşkil etmişdir.

Tədbiri Məşğulluq Mərkəzinin Aktiv Məşğulluq Tədbirləri Sektorunun Məsləhətçisi Fariz Vəliyev açaraq qeyd etdi ki, bugün gənclərin peşə meylinin öyrənilməsi və peşəyönümü işlərinin təşkili ilə əlaqədar Beyləqan rayon Məşğulluq Mərkəzi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Xidmətinin tapşırıq və tövsiyyələrinə müvafiq olaraq əmək qabiliyyətli işaxtaran vətəndaşların, xüsusilə gənc nəslin peşəseçimi və peşəyönümü problemləri üzrə fəal tədbirlərin gücləndirilməsi, bazar iqtisadiyyatına böyük yer verildiyi bir zamanda gənclərin peşəyönümü və onların şüurlu yaradıcı əməyə hazırlanması mühüm əhəmiyyət kəsb etməklə yanaşı, gənclər arasında peşə və ixtisaslara meyllərin formalaşması, istiqamətləndirilməsi, peşənin düzgün seçilməsi şəxsiyyətin formalaşmasında vacib keyfiyyətlərdən biri olduğunu bildirmiş və eyni zamanda bu işin praktik əhəmiyyətini artırmaq üçün rayonun əmək bazarının inkişaf meyllərinin, onun perspektiv kadr ehtiyacının müəyyən edilməsində və peşəyönümünün əmək bazarında kadrlara olan perspektiv tələbatla uyğunlaşdırılması prosesində fəal iştirak etməsini və düzgün peşə seçimində gənclərin rolu barədə geniş məlumat vermişdir.

Sonra keçirilən tədbirdə Beyləqan şəhər Akademik Mehdi Mehdizadə adına 3 saylı tam orta məktəbinin psixoloqu Babayeva Rəfiqə Qarahüseyn qızı orta məktəblərdə peşəyönümü işlərinin təşkili sahəsində görülən işlərdən və hər bir şagirdin gələcəkdə normal əmək fəaliyyətinin davam etməsi üçün müasir şəraitə uyğun peşə seçməyin lazım olduğunu bildirdi.

Beyləqan rayon Məşğulluq Mərkəzinin Baş məsləhətçi-mühasibi Elşad Muradov  öz çıxışında qeyd etdi ki, Məşğulluq Mərkəzi gənclərin düzgün peşə seçiminə nail olunmasında Məşğulluq Xidməti ilə birgə müəllim heyətinin səylərindən istifadə məqsədəuyğundur.  Peşəyönümü işinə müsbət təsir göstərən məsələlərdən biri də gənclər arasında xüsusi sorğuların, testlərin keçirilməsi, peşələr haqqında geniş məlumatların hazırlanıb istifadə olunmasıdır.

Tədbirin sonunda Mərkəzin Aktiv Məşğulluq Tədbirləri Sektorunun Məsləhətçisi Fariz Vəliyev “Düzgün peşə seçək” mövzusunda keçirilən tədbirdə gənclərin peşə seçimində müəllimlərində bu sahədə rolunun əsas olduğunu bildirdi və yuxarı sinif şagirdlərinə gələcək işlərində uğurlar arzuladı.