Xəbərlər

24.01.2018

İmişli rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

  İmişli rayon Məşğulluq Mərkəzi tərəfindən 24.01.2018-ci il tarixində İmişli şəhəri 8 saylı ,7 saylı və Yalavac kənd tam orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri  üçün peşəyönümü   tədbirləri keçirilmişdir. Tədbirdə Mərkəzin direktoru Elxan Rüstəmli, baş məsləhətçi Sevinc İsmayılova, aparıcı məsləhətçi Namiq Əhmədov, məktəbin müəllimləri, valideynlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Mərkəzin direktoru Elxan Rüstəmli  öz çıxışında qeyd etmişdir ki, insan həyatının ən çətin məsələlərindən biri onun peşə seçməsidir. Bir çox insanlar kortəbii şəkildə, yaxud ətrafdakı insanların təhriki ilə müəyyən peşə seçirlər. Gənc nəslin həyat və əmək fəaliyyətinə səmərəli hazırlanmasında onların düzgün peşə seçimi etməsi mühüm məsələdir. Bu ailənin, məktəbin, ictimaiyyətin və məşğulluq xidməti orqanlarının daim diqqətdə saxlamalı olduğu mühüm məsələdir.

Baş məsləhətçi Sevinc İsmayılova bildirmişdir ki, peşə-cəmiyyətin zəruri ehtiyaclarına uyğun olaraq əməyin bölğüsü nəticəsində insanın fiziki və mənəvi qüvvəsinin məhdud tətbiq sahəsi olub,əvəzində fərdin yaşama və inkişafı üçün imkan yaradır. Peşə-xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir (məşğulluğudur). Düzgün peşə seçmisənsə, demək həyat yolunu dogru irəliləmək imkanı genişlənir. Həyatda peşələr çoxdur, heç ola bilməs ki, hər kəs onlardan birində və ya bir neçəsində müvəffəqiyyətlə çalışmasın. Hansı peşəni seçməli? Bu sual hər bir kəsi düşündürür. Yuxari sinif şagirdləri isə istər-istəməz tez-tez özlərinə bu sualları verirlər. Hər bir adamin düzgün peşə seçməsinə dövlətimiz xüsüsi diqqət yetirir. Elə bu səbəbdən də gənclər üçün  peşəyönümü tədbirləri keçirilir. 

2017-ci ilin  ilin yanvar- dekabr  aylarında  gənclərin , işəgötürənlərin tələblərinə uyğun olaraq peşə və ixtisas seçimi etmələrinin  dəstəklənməsi üçün  Mərkəz tərəfindən 308 nəfərə yaxın gənc peşəyönümü tədbirlərinə cəlb olunmuş və onlara  peşəyönümü məsləhətləri verilmişdir.

Əhalinin səmərəli məşğulluğunu təmin edilməsi sahəsində peşəyönümü məsləhətlərinin  gücləndirilməsi üçün  peşəyönümü tədbirlərinin keçirilməsinə davam etdiriləcəkdir.