Xəbərlər

30.01.2018

Lənkəran rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Lənkəran rayonu Haftoni qəsəbə orta məktəbində 30.01.2018-ci il tarixdə  peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə Mərkəzin mütəxəssisləri tərəfindən müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə gələcək məzunlar, peşə litseyinin tələbələri, işsiz vətəndaşlar, bir sözlə özünə peşə seçmək və ya peşəsini dəyişdirmək istəyənlər üçün peşəyönümü metodikası barədə ətraflı məlumat verilmiş, tədbir iştirakçılarının sualları  cavablandırılmışdır. Bundan əlavə onlara əmək bazarı, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, aktiv məşğulluq tədbirləri və s. barədə məlumatlar verilmişdir. Tədbirdə Lənkəran şəhər Məşğulluq Mərkəzinin əməkdaşları, məktəbin  9 və 10-cu sinif şagirdləri iştirak etmişlər.