Xəbərlər

01.02.2018

Lerik rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Lerik rayon Məşğulluq  Mərkəzi tərəfindən təsdiq  olunmuş  qrafikə  uyğun olaraq 26, 29 və 30  yanvar  2018-ci il tarixlərində  Lerik şəhər İnternat məktəbində, Pirasora  kənd və Lüləkəran  kənd  tam orta  məktəblərində  gənclərin şüurlu  yaradıcı əməyə hazırlanması, düzgün peşə seçiminə istiqamətləndirilməsi, onların məşğulluğunun təmin olunmasında peşəyönümü işinin mühüm əhəmiyyət  kəsb etməsini  nəzərə  alaraq, eləcə də, yuxarı sinif  şagirdlərini əmək bazarında olan mövcud  vəziyyətlə  tanış etmək məqsədilə peşəyönümü  tədbirləri keçirilmişdir.  Tədbirlərdə  rayon Təhsil şöbəsinin  məsul əməkdaşı Mehman Rəcəbov, Mərkəzin baş məsləhətçisi  İlqar Kərimov, aparıcı məsləhətçi  Şəfahət  Əliyev  iştirak etmişlər. Tədbirlərdə çəkilmiş foto şəkillər  əlavə olunur.