Xəbərlər

05.02.2018

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Peşə seçməkdə gənclərə dəstək ” mövzusunda tədbir keçirildi.

Qaradağ rayon Məşğulluq Mərkəzi rayon ərazisində yerləşən orta  məktəblərdə “Peşə seçməkdə gənclərə dəstək” mövzusunda tədbir kecirmişdir. Tədbirdə  rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri iştirak edərək, gənclərə müəyyət məsləhətlər vermişlər. Onlar gənclərin qarşısında duran  vacib amillerden biri olan  düzgün peşə və ixtisas secimləri, bu işdə daha məsuliyyətli, dəqiq olmalarını tövsiyyə edərək  şagirdlərin fikrini dinləmiş və məsləhət vermişlər.

Bundan əlavə rayonun iqtisadi durumu, fəaliyyət göstərən idarə və müəssisələrdə nəzərdə tutulmuş vakant iş yerləri, bu iş yerlərinə peşəkar kadr hazırlığı haqqında şagirdlər  məlumatlandırılmışdır .

Bundan sonra məkrəz tərəfindən təşkil edilmış peşə kursları  haqqında geniş məlumat verilərək açılması nəzərdə tutulmuş  peşələr haqqında danışıldı. Məktəblilərə “Peşəyönümü” ilə bağlı tərtib edilmiş  əyani vəsaitlər, bukletlər təqdim edilərək müəyyən məlumatlar verildi.