Xəbərlər

05.02.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Təsdiq olunmuş qrafikə əsasən yuxarı sinif şagirdlərinin düzgün peşə seçiminə köməklik göstərilməsi məqsədi ilə İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən 02 fevral 2018-ci il tarixdə Xankəndi kənd tam orta məktəbində Mərkəzin əməkdaşları, müəllim, valideyn, və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda növbəti peşəyönümü tədbiri keçirilmişdir. Gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumat verilmiş, onlara meyl və bacarıqlarına uyğun olaraq əmək bazarının tələblərini nəzərə almaqla istədikləri peşələrə yiyələnməsi tövsiyə olunmuş, eləcə də mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.