Xəbərlər

13.02.2018

Salyan rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

 08 fevral  2018- ci  il  tarixdə   Salyan  rayon  Məşgulluq  Mərkəzi təsdiq olunmuş qrafikə uyğun olaraq rayon Gənclər və İdman idarəsi ilə birlikdə “Düzgün peşə seçək” mövzusunda Salyan şəhər 2 saylı tam orta məktəbdə valideynlərin, şagird və müəllimlərin  iştirakı ilə peşəyönümü konfransı keçirmişdir.

 Peşəyönümü  tədbirində  qeyd edildi  ki, peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə mövcud əmək bazarının vəziyyəti barədə onlarda aydın təsəvvür yaratmaq məqsədi ilə həyata keçirilir. Tədbir iştirakçılarına peşəyönümü işinin mühüm cəhətləri, düzgün peşə seçimi zamanı hansı amillərə daha çox diqqət yetirmək lazım olduğu, əmək bazarında daha çox tələb olunan peşə və ixtisaslar barədə ətraflı məlumat verilmişdir. Çıxış edənlər şagirdlərin peşə seçməyə hazırlanmasında, onların maraq və meyllərinin müəyyənləşdirilməsində əmək bazarının tələbatını nəzərə almağın böyük əhəmiyyət daşıdığını qeyd etdilər. Tədbirdə şagirdlərlə peşə seçiminə aid sorğu keçirildi və onları maraqlandıran müxtəlif istiqamətli suallar cavablandırıldı.