Xəbərlər

23.02.2018

Siyəzən rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü  işinin təşkili əmək bazarının tələbatına uyğun işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır.

Peşəyönümü işinin  gənc  nəslin  gələcək  taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil  məktəblərində şagirdlərin peşə maraqlarının  və  peşə  meyllərinin  müəyyənləşdirilməsi,  onlara  gələcək  peşə  və  ixtisas  seçimində  köməklik  göstərilməsi  məqsədi  ilə  22  fevral  2018-ci  il  tarixində  Siyəzən  rayonunun  Gilgilçay  qəsəbə,Yenikənd  kənd  və  Böyük  Həmyə  kənd  tam  orta  məktəblərində  yuxarı  sinif  şagirdləri  və  onların  valideynlərinin  iştirakı  ilə  “Gənclərin  peşə  seçimində  valideynlərin  rolu”  mövzusunda  peşəyönümü  tədbirləri  keçirilmişdir. Tədbirdə  Siyəzən  rayon  Məşğulluq  Mərkəzinin  mütəxəssisləri,  məktəbin  pedoqoji  kollektivi,  yuxarı  sinif  şagirdləri  və  onların  valideynləri  iştirak  etmişdir.