Xəbərlər

23.02.2018

Astara rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

 

Peşəyönümü sisteminin gücləndirilməsi məqsədilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə təqdim olunmuş qrafikə uyğun olaraq 23.02.2018-ci il tarixdə Astara rayonu, Burzubənd kənd tam  orta məktəbində Məşğulluq Mərkəzinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin təlim tərbiyyəsi, həyata hazırlanması, onlara təcrübə və milli adət-ənənələrə müvafiq sənət və peşələrin öyrədilməsi və onların  meyllərinin əmək bazarı tələbatına uyğun olan peşələrə yönəldilməsi, gələcəkdə həmin sahələr üzrə işə düzəlməsi olmuşdur.                                           

Maraqlı keçən müzakirələrdə yuxarı sinif şagirdlərini, və müəllimləri maraqlandıran suallar Mərkəzin baş məsləhətçisi A.Cəfərov və rayon Təhsil Şöbəsinin inspektoru Y.Hüseynov tərəfindən cavablandırılmışdır.