Xəbərlər

26.02.2018

İmişli rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

İmişli rayon Məşğulluq Mərkəzi tərəfindən  14.02.2018-ci il tarixində İmişli rayonu şəhid Nizaməddin Əzizalıyev adina Ölcələr  kənd tam orta ümumtəhsil məktəbində yuxarı sinif şagirdləri  üçün “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü   tədbiri  keçirilmişdir. Tədbirdə Mərkəzin  əməkdaşları, müəllimlər, valideynlər   və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Çıxışlarda   qeyd olunmuşdur  ki, peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə mövcud əmək bazarının vəziyyəti haqqında onlarda aydın təsəvvür yaratmaq məqsədi ilə həyata keçirilir. Gənc nəslin həyat və əmək fəaliyyətinə səmərəli hazırlanmasında onların düzgün peşə seçimi etməsi mühüm məsələdir. Bu ailənin, məktəbin, ictimaiyyətin və məşğulluq xidməti orqanlarının daim diqqətdə saxlamalı olduğu mühüm məsələdir.

Peşəyönümü-gəncə öz qabiliyyətlərinə və cəmiyyətin tələblərinə uyğun olaraq peşə seçməyə imkan verən psixoloji-pedaqoji və tibbi tədbirlər sistemidir. Peşəyönümü şəxsiyyətin inkişafına, onun potensial imkanlarının aşkarlanmasına, təlim-tərbiyə sisteminin intensivləşməsinə kömək edir. Bütün bunları nəzərə alaraq söyləyə bilərik ki, peşəyönümü işi mürəkkəb, kompleks problem olub, cəmiyyət həyatının mühüm sahələrindən  biridir.

Peşəyönümü tədbirləri Respublikamızın bütün rayonlarında keçirilir, bu da gənclərin gələcəkdə düzgün peşə seçiminin təmin edilməsində müstəsna rol oynayır.