Xəbərlər

26.02.2018

Abşeron rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

    2018-ci ilin fevral ayı ərzində Abşeron rayonunda aşağıda qeyd olunan tarixlərdə, “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilmişdir.

09 fevral 2018-ci il tarixdə Novxanı kənd 1 nömrəli tam orta məktəbdə, psixoloq-müəllim Rühiyyə Ramiz qızı, şagirdlərin, mərkəzin əməkdaşlarının və valideynlərin iştirakı ilə keçirilən tədbirdə peşəyönümü işinin mahiyyəti, peşələrin təsnifatı, tipi, müasir əmək bazarının tələbləri müzakirə edilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

12 fevral 2018-ci il tarixdə Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə, psixoloq-müəllim Yetər Əliyeva, məktəbin direktoru Afət Camalova, şagirdlərin, mərkəzin əməkdaşlarının və valideynlərin iştirakı ilə keçirilən peşəyönümü tədbirində həmin müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

19 fevral 2018-ci il tarixdə Novxanı kənd 2 nömrəli tam orta məktəbdə valideynlərin, məktəbin direktoru Kazımov Xanverdi, psixoloq-müəllim Məryəm Babaşova, şagirdlərin, mərkəzin əməkdaşlarının iştirakı ilə keçirilən peşəyönümü tədbirində həmin müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.