Xəbərlər

27.02.2018

Laçın rayon Məşğulluq Mərkəzi tərəfindən Özünüməşğulluq proqramına cəlb olunmuş bir neçə vətəndaşın fəaliyyətinə baxış keçirilmişdir. ( Video )

   Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqın güzəranının yaxşılaşdırılması məqsədilə 07.04.2016-cı il tarixində “Əhalinin özünüməşğulluğun təmin olunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalamışdır. Laçın rayon Məşğulluq Mərkəzi də öz növbəsində Özünüməşğulluq proqramınının başlamasına start vermiş və proqrama 15 nəfər vətəndaş “Öz Biznesini Başla və Təkmilləşdir” ÖBBT təlimlərinı iştirakçıların seçilməsində müəyyən olunmuş meyarlara uyğun hesab edilərək cəlb edilmişdir. 17.08.2016-15.10.2016-cı il tarixlərində Laçın rayon Məşğulluq Mərkəzinin inzibati binasında özünüməşğuuluq proqramın ilə bağlı təlimlər keçirilmiş, daha sonra isə vətəndaşlardan 12-si öz biznes planlarını uğurla müdafiə edərək lazım olan aktivləri əldə etmişdirlər. ARB Tv kanalının əməkdaşları vətəndaşlardan bir neçəsinin  təsərrüfatına baxış keçirmiş və çəkiliş aparmışdır.Onlardan Laçın rayon Nurəddin  kənd sakini Cəbiyev Elşən Cabbar oğluna 28 baş ana qoyun, Laçın rayon Arduşlu kənd sakini Cabbarov Lənkəran Əli  oğluna 1 baş balalı inək, 1baş boğaz düyə, 1 baş dana olmaqla cəmi 4 baş iribuynuzlu heyvan verilmişdir.