Xəbərlər

27.02.2018

Ağsu rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

          Peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə  ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri üçün  27 fevral 2018-ci  il tarixdə Ağsu rayon Ərəbuşağı kənd orta,Daşdəmirbəyli kənd orta və Çaparlı kənd orta məktəblərində peşəyönümü məsləhətləri verilmişdir. Tədbirdə Ağsu rayon Məşğulluq Mərkəzinin baş məsləhətçiləri T.Sadıqov, X.Səmədov çıxış edərək  bildirdilər ki, peşəyönümü məsləhətləri məşğulluq məsələlərinin həllində mühüm rol oynayır. Mərkəzin mütəxəssisləri valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və peşələrin gələcək perspektivləri haqqında geniş məlumat verdilər. Şagirdlərə və valideynlərə peşə seçiminə dair məlumat kitabçaları paylanıldı və onların sualları cavablandırıldı.