Xəbərlər

27.02.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

27 fevral 2018-ci il tarixdə İsmayıllı rayon Məşğuluq Mərkəzi tərəfindən rayonun Ə.Babayev adına Quşencə kənd tam orta məktəbində Mərkəzin əməkdaşlarının, müəllim kollektivinin, valideyinlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu”  mövzusunda növbəti peşəyonümü tədbiri keçirilmişdir. Tədbirdə İsmayıllı  rayon Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun  aparıcı məsləhətçisi Qadir Abduləzizov, məsləhətçi Arif Xancanlı, baş məsləhətçi Namiq Bağıyev, Quşencə kənd tam orta məktəbin direktoru Natiq Səmədov və müəllimlər  iştirak etmişlər.

Gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumat verilmiş, onlara meyl və bacarıqlarına uyğun olaraq əmək bazarının tələblərini nəzərə almaqla istədikləri peşələrə yiyələnməsi tövsiyə olunmuş, eləcə də mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.