Xəbərlər

02.03.2018

Ismayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

 İsmayıllı rayon Məşğulluq  Mərkəzi tərəfindən təsdiqr olunmuş qrafikə əsasən 28 fevral 2018-ci il tarixdə rayonun S.Abbasov adına Yeniyol kənd tam orta məktəbində Peşəyönümü sisteminin gücləndirilməsi məqsədilə müəllimlərin, valideyinlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideyinlərin rolu” mövzusunda növbəti peşəyönümü  tədbiri keçirmişdir. Mərkəzin aparıcı məsləhətçisi Qadir Abduləzizov çıxışında düzgün peşə seçiminin həlli işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynadıldığı qeyd etmişdir. İşəgötürənlərin peşə və ixtisaslara olan tələbləri şagirdlərin və valideynlərin nəzərinə çatdırılmışdır. Tədbirdə şagirdlərlə peşə seçiminə aid sorğu keçirilmiş və onları maraqlandıran müxtəlif istiqamətli suallar  Mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılmışdır.