Xəbərlər

02.03.2018

Lerik rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Lerik rayon Məşğulluq Mərkəzi tərəfindən  təsdiq olunmuş qrafikə  uyğun olaraq  23, 26 və 27-si fevral 2018-ci il tarixlərində Lerik rayon Soru, Gürdəsər  və Vistən  kənd  orta  məktəblərində gənclərin şüurlu yaradıcı əməyə  hazırlanması, düzgün peşə seçiminə istiqamətləndirilməsi, onların  məşğulluğunun təmin olunmasında peşəyönümü  işinin mühüm əhəmiyyət kəsb  etməsini nəzərə  alaraq, eləcə də, yuxarı sinif  şagirdlərini əmək  bazarında  olan  mövcud vəziyyətlə  tanış etmək  məqsədi ilə  peşəyönümü  tədbirləri  keçirilmişdir. Tədbirlərdə rayon Təhsil şöbəsinin məsul əməkdaşı Zaur  Hüseynov, Mərkəzin baş məsləhətçisi  İlqar  Kərimov,  məsləhətçi  Vasif Əliyev  iştirak etmişlər.  Tədbirlərdə  çəkilmiş  foto şəkillər  əlavə  olunur.