Xəbərlər

13.03.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

   İsmayıllı rayon Məşğulluq  Mərkəzi tərəfindən təsdiq olunmuş qrafikə əsasən 12 mart 2018-ci il tarixdə İsmayıllı şəhər 7 saylı tam orta məktəbində Peşəyönümü sisteminin gücləndirilməsi məqsədilə müəllimlərin, valideyinlərin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideyinlərin rolu” mövzusunda növbəti peşəyönümü  tədbiri keçirmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Etibar Abdulov açmışdır. Mərkəzin aparıcı məsləhətçisi Qadir Abduləzizov çıxışında düzgün peşə seçiminin həlli, işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynadığını qeyd etmişdir. İşəgötürənlərin peşə və ixtisaslara olan tələbləri şagirdlərin və valideynlərin nəzərinə çatdırılmışdır. Tədbirdə şagirdlərlə peşə seçiminə aid sorğu keçirilmiş və onları maraqlandıran müxtəlif istiqamətli suallar Mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılmışdır.