Xəbərlər

14.03.2018

Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

  Yuxarı sinif şagirdləri ilə keçirilən peşəyönümü tədbirlərinin davamı olaraq       14 mart 2018-ci il tarixdə Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  Soltannuxa kənd tam orta məktəbində “Peşə seçimində gənclərə dəstək” mövzusunda  növbəti peşəyönümü tədbiri keçirildi. Tədbirdə şagirdlərə Məşğulluq Mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlər, aktiv məşğulluq tədbirləri , o cümlədən peşəyönümü tədbirlərinin mahiyyəti barədə məlumatlar verildi.  Səmərəli məşğulluğun təmin olunmasında düzgün peşə seçiminin əsas amil olduğu şagirdlərin diqqətinə çatdırıldı və peşə seçərkən əmək bazarının  işçi qüvvəsinə olan tələbatının,  peşəseçənin seçdiyi peşəyə arzu və istəyinin olmasını nəzərə almaları onlara tövsiyyə olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.