Xəbərlər

16.03.2018

Şəki rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Yuxarı sinif şagirdləri ilə keçirilən peşəyönümü tədbirlərin davamı olaraq  14.03.2018-ci il tarixdə Şəki rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə  Suçma kənd  tam orta məktəbdə “Peşə seçimində gənclərə dəstək” mövzusunda növbəti peşəyönümü tədbiri keçirildi. Tədbirdə şagirdlərə Məşğulluq Mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlər, aktiv məşğulluq tədbirləri, o cümlədən peşəyönümü tədbirlərinin mahiyyəti barədə məlumatlar verildi. Səmərəli məşğulluğun təmin olunmasında düzgün peşə seçiminin amil olduğu şagirdlərin diqqətinə çatdırıldı. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.