Xəbərlər

19.03.2018

Astara rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

13-14-15 mart tarixlərində təqdim olunmuş qrafikə uyğun olaraq Astara rayonunun Sərək, Şüvi və Astara şəhər 7 saylı tam orta məkətblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə peşəyönümü tədbiri keçirilmişdir.

Tədbirdə məktəb direktorları, informatika və psixoloq müəllimləri iştirak etmişlər.

Keçirilən tədbirdə  Məşğulluq Mərkəzinin baş məsləhətçisi Ağadadaş Cəfərov, məsləhətçi Nargilə Şərbətova, böyük məsləhətçi Ziya Zaidov və Təhsil Şöbəsinin məsləhətçisi Yelmar Hüseynov “Peşəyönümü və peşə hazırlığı tədbirlərinin mahiyyəti və məqsədi mövzusunda” müzakirələr aparılmışlar. Tədbirin keçirilməsində əsas məqsəd gənclərin peşə seçməyə hazırlanması, onların maraq və meyllərinin əmək bazarı tələbatına uyğun olan peşələrə yönəldilməsi, gələcəkdə həmin sahələr üzrə işə düzəlməsi məqsədini daşımışdır. Maraqlı keçən müzakirələrdə yuxarı sinif şagirdlərini və müəllimləri maraqlandıran suallar Mərkəzin baş məsləhətçisi Ağadadaş Cəfərov və Təhsil Şöbəsinin məsləhətçisi Yelmar Hüseynov tərəfindən cavablandırılmışdır.