Xəbərlər

19.03.2018

Kürdəmir rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

14 mart  2018- ci il tarixində  Kürdəmir rayon   Ərəbxana  kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı  ilə  Peşə yönümünə dair  tədbir keçirilmişdir. Tədbirdə Kürdəmir rayon Məşğulluq Mərkəzinin Aktiv  Məşğulluq  tədbirləri  sektorunun  müdiri  Mübarək  Kərimov, həmin sektorun məsləhətçisi Nizami Mürsəlov, İşaxtaran və  işsiz  vətəndaşların  sosial  müdafiəsi  sektorunun  böyük məsləhətçisi  Nemət İsmayılov, məktəb direktoru  Mariya Abdullayeva, təşkilatcı direktor müavini Rəhman Həsənov  və  müəllim  heyyəti  iştirak etmişdilər.

Mərkəzin sektor müdiri tərəfindən şagirdlərə Məşğulluq mərkəzlərinin vətəndaşlara göstərdiyi xidmətlər, xüsusi ilə Aktiv məşğulluq tədbirlərinin tərkib hissəsi olan “Peşə kursları, Əmək yarmarkaları, Əmək birjaları”, düzgün peşə seçimi və bunun müasir əmək bazarında rolu haqqında geniş  məlumatlar verilmiş, mövzu ətrafında tədbir iştirakçıları ilə diskussiyalar aparılmışdır. Eyni zamanda düzgün Peşəyönümünə dair söhbətlərin psixoloqlar  tərəfindən məktəb daxili mütəmadi keçrilməsinin zəruriliyi vurğulandı,  bu istiqamətdə, məktəbdə çalışan psixoloq və təşkilatçılara müəyyən tövsiyyələr verildi. Tədbirin sonunda şagirdlərin  peşə seçiminə dair sorğu keçrilmiş və onları maraqlandıran suallar ətraflı cavablandirımışdır.