Xəbərlər

19.03.2018

İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən peşəyönümü tədbiri keçirilmişdir.

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq  qrafikə uyğun olaraq 15 mart 2018-ci il tarixdə İsmayıllı rayon M.Piriyev adına Tircan kənd tam orta məktəbində yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru İ.Gərayev açmışdır. Rayon Məşğulluq Mərkəzinin Aktiv məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi Qadir Abduləzizov “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda çıxış etmiş, gənclərə əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, düzgün peşə seçimi üçün tələb olunan əsas şərtlər haqqında məlumat vermiş, onlara meyl və bacarıqlarına uyğun olaraq əmək bazarının tələblərini nəzərə almaqla istədikləri peşələrə yiyələnməsi tövsiyə olunmuş, eləcə də mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Mərkəzin məsləhətçisi Arif Xancanlı, məktəbin Psixoloqu Könül Babazadə və xarici dil müəlliməsi Xatirə Məlikova çıxış edərək mövzu ətrafında öz fikir və rəylərini bildirmişlər.

Yekunda valideyinləri və şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.